Xəzər Xəbər

PSJ-dən açıqlama: "Bir milyard avroya Mbappeni satmarıq"

İdman | 13:46 • 2 İyul 2018
PSJ-dən açıqlama:

Madrid "Real"ının transfer hədəfində olduğu iddia oluna Kilian Mbappe üçün PSJ-dən açıqlama gəldi.

XəzərXəbər xəbər verir ki, klubun sahibi Nasser Əl-Xələfi 1 milyard avroluq təklif gəlsə belə, fransalı hücumçunu satmayacaqlarını dilə gətirib:

"Mbappenin transfer qiymətini bilmək istəyirsiz? 1 milyar avrodan daha çox! Bəli, 1 milyard avrodedim. Bu məbləği versəz belə, Mbappeni satmayacağıq".

19 yaşlı gənc hücumçu DÇ-2018-də Fransanın heyətində 3 qol vurub və komandasının 1/4 finala yüksəlməsində böyük pay sahibi olub. Mbappe ötən mövsüm 21 qol vurub, 11 assist edib.

Xəbər lenti