Xəzər Xəbər

Bu gün dünya çempionatının daha iki 1/4 finalçısı müəyyənləşəcək

İdman | 09:09 • 1 İyul 2018
Bu gün dünya çempionatının daha iki 1/4 finalçısı müəyyənləşəcək

İyulun 1-də futbol üzrə dünya çempionatının daha iki dörddəbir finalçısının adları məlum olacaq.


Xezerxeber.az xəbər verir ki, ev sahibi Rusiya İspaniya ilə, qrup mərhələsində yüksək nəticəyə nail olan Xorvatiya millisi Danimarka komandası ilə qarşılaşacaq. İspaniya-Rusiya görüşü saat 18:00-da Moskvadakı "Lujniki” arenasında, Xorvatiya-Danimarka matçı isə saat 22:00-da Nijni Novqorod stadionunda start götürəcək. Hər iki oyun İdman Azərbaycan telekanalında canlı yayımlanacaq.


Xatırladaq ki, dünən dörddəbir finala ilk iki vəsiqənin sahibi müəyyənləşib. Portuqaliya millisinə 2:1 hesabı ilə qalib gələn Uruqvay yığması və Argentinanı 4:3 hesabı ilə məğlub edən Fransa komandası növbəti mərhələyə adlayıblar.


İyulun 2-də Braziliya-Meksika və Belçika-Yaponiya, ertəsi gün isə İsveç-İsveçrə və Kolumbiya-İngiltərə görüşləri oynanılacaq. Mundialın dörddəbir final mərhələsinin oyunları iyulun 6-7-də, yarımfinal matçları iyulun 10-11-də keçiriləcək. İyulun 14-də üçüncü yer uğrunda görüş, nəhayət, iyulun 15-də final qarşılaşması baş tutacaq.

Xəbər lenti