Xəzər Xəbər

Avropada şok transfer: Ronaldonu verib, onu alırlar

İdman | 12:09 • 30 İyun 2018
Avropada şok transfer:

"Real" azarkeşlərini şoka salan iddia yayılıb.


XəzərXəbər xəbər verir ki, bu iddia ilə "Diaria Gol” çıxış edib.


Bildirilib ki, "Kral Klubu" Kriştiano Ronaldonu "Mançester Yunayted"i təklif edib. Əvəzində "qırmızı-şeytanlar"dan Romelu Lukakunu istəyib. "Real" Ronaldodan əlavə "Mançester Yunayted"ə 44 milyon avro da təklif edib. İngilslərin bu dəyişikliyə müsbət yanaşdıı bildirilir.


Qeyd edək ki, "Mançester Yunayted" Lukakunu ötən yay "Everton"dan 84,7 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 90 milyon avro qiymət qoyub. Futbolçu ötən mövsüm meydana çıxdığı 51 rəsmi matçda 27 qol vurub və 9 məhsuldar ötürmə edib.


Belçika millisinin 25 yaşlı forvardı Rusiyada keçirilən dünya çempionatının qrup mərhələsinin ilk iki oyununda 4 qol vurub və Kriştiano Ronaldo ilə birlikdə bombardirlər yarışının 2-3-cü pillələrini bölüşür.

Xəbər lenti