Xəzər Xəbər

DÇ-2018-də erkən final Fransa Argentinaya qarşı

İdman | 10:08 • 30 İyun 2018
DÇ-2018-də erkən final
Bu gün DÇ-2018-in 1/8 final mərhələsinə start veriləcək.


XəzərXəbər-in məlumatına görə, ilk oyun günündə iki görüş keçiriləcək.


İlk oyunda Fransa və Argentina milliləri üz-üzə gələcək. Erkən final adlandırılan matçın start fiti saat 18:00-da çalınacaq. Görüşün baş hakimi iranlı Alirza Faganidir.

Digər görüşdə isə Uruqvay və Portuqaliya milliləri qarşılaşacaq. Qarşılaşma saat 22:00-da başlayacaq. Matçı meksikalı hakim Sezar Arturo Ramos idarə edəcək.

Xəbər lenti