Xəzər Xəbər

"Mançester Yunayted"də yeni müqavilə

İdman | 18:07 • 29 İyun 2018
"Mançester Yunayted"də yeni müqavilə

"Mançester Yunayted"də yeni müqavilə qeydə alınıb.

"Qırmızı şeytanlar" Maruan Fellaini ilə yeni sözləşmə imzalayıb. Yeni müqaviləyə əsasən, Belçika milli komandasının üzvü 2020-ci ilədək Premyer Liqa təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi "Mançester Yunayted"ə 2013-cü ildə "Everton"dan transfer olunub. O, meydana çıxdığı 105 oyunda 12 qol vurub.

Xəbər lenti