Xəzər Xəbər

Araz Abdullayev Super Liqa klubunda AÇIQLAMA

İdman | 16:14 • 29 İyun 2018
Araz Abdullayev Super Liqa klubunda

Azərbaycan millisinin və "Qəbələ”nin futbolçusu Araz Abdullayev karyerasını Yunanıstanda davam etdirəcək.

27 yaşlı yarımmüdafiəçinin xidmətində Super Liqa təmsilçi "Panionios” maraqlıdır.

Məlumatı saytımıza açıqlamasında "Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı da təsdiqləyib: "Bəli, təklif var. Arazın özü də Yunanıstanda oynamaq istəyir. Danışıqlar yekunlaşmaq üzrədir. Şərtlərlə bağlı razılıq əldə olunub. Bu gün-sabah müqavilə imzalanmalıdır”.

Xatırladaq ki, Araz Abdullayev 2001-2002-ci illərdə də "Panionios”da çıxış edib.

Qeyd edək ki, Araz Abdullayev ötən mövsüm icarə əsasında Kiprin "Anortosis” klubunun formasını tərlədib./Yenicag.az

Xəbər lenti