Xəzər Xəbər

Ramil Şeydayev "Trabzonspor"u tərk etdi

İdman | 11:45 • 29 İyun 2018
Ramil Şeydayev "Trabzonspor"u tərk etdi

Millimizin hücumçusu Ramil Şeydayev "Trabzonspor"un düşərgəsindən ayrılıb.

22 yaşlı hücumçu digər klubla danışıqlar aparmaq üçün bu addımı atıb. O, klubdan icazə alaraq, komandanı tərk edib.

Şeydayevin Avstriyanın "Mattersburq" klubuna keçəcəyi gözlənilir. Bu komandanın baş məşqçisi Gerald Baumqartner açıqlamasında bu həftə keçidin rəsmiləşəcəyini bildirmişdi.

Qeyd edək ki, Ramil ötən mövsüm icarə əsasında "Qarabağ"da oynayıb.

Xəbər lenti