Xəzər Xəbər

"Qalatasaray"dan rəsmi transfer

İdman | 11:13 • 29 İyun 2018
"Qalatasaray"dan rəsmi transfer

Son Türkiyə çempionu "Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.

İstanbul təmsilçisi "Akhisar Bələdiyəspor"dan ayrılan Muğdat Çeliki transfer edib. 28 yaşlı yarımmüdafiəçi ilə 1+2 illik rəsmi müqavilə imzalanıb. Təcrübəli futbolçu "cim bom"da 2 milyon TL maaş alacaq.

Qeyd edək ki, Muğdat 2016-cı ildən "Akhisar Bələdiyəspor"da çıxış edirdi. O, Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 55 qarşılaşmada 5 qol vurub.

Xəbər lenti