Xəzər Xəbər

"Arsenal"dan ayrılan futbolçu "Fənərbaxça"da

İdman | 17:21 • 28 İyun 2018
"Arsenal"dan ayrılan futbolçu "Fənərbaxça"da

"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

"Sarı-lacivərtlilər" "Arsenal"dan ayrılan Cek Uilşeri transfer edir.

Ulduz futbolçu artıq Türkiyədədi. Belə ki, o dünən komandanın yeni baş məşqçisi Filip Kokunu gətirəntəyyarə iləİstanbula gəlib. 26 yaşlı yarımmüdafiəçi klubun stadionunu və bazasını gəzib. Onunla yaxın günlərdə rəsmi müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, mövsüm başa çatdıqdan sonra "Arsenal"dan ayrılan Uilşer "Vest Hem"in ona təklif etdiyi 1 illik müqavilədən imtina edib.

Xəbər lenti