Xəzər Xəbər

Ronaldonun müqaviləsində dəyişiklik: "Real"dan gedə bilər

İdman | 17:13 • 28 İyun 2018
Ronaldonun müqaviləsində dəyişiklik:

Kristiano Ronaldonun "Real"la müqaviləsində dəyişiklik edilib.

Madrid təmsilçisi portuqaliyalı ulduzun sözləşməsindəki 1 milyard avroluq sərbəst qalma məbləğində dəyişiklik edib və bu rəqəm 120 milyon avroya endirilib. Bu barədə OK Diario məlumat yayıb.

Ronaldonu heytinə qatmaq istəyən klublar bu məbləği ödəməklə istəklərinə nail ola bilərlər. Lakin müqavilədəki bu bənd 2 kluba şamil edilmir. Belə ki, "Barselona" və PSj üçün 32 yaşlı hücumçunun sərbəst qalmaq maddəsi 1 milyard avrodu.

Müqavilədəki dəyişiklik 2019-cu ilin yanvar ayından etibarən qüvvəyə minəcək. Belə olduqda gələn il təcrübəli hücumçunu başqa klubda görmək mümkün olacaq.

Xəbər lenti