Xəzər Xəbər

Emenikeden Maradonaya sərt reaksiya: "Qoca axmaq, səni tutsam..."

İdman | 15:55 • 28 İyun 2018
Emenikeden Maradonaya sərt reaksiya:

Nigeriya millisinin sabiq hücumçusu Emmanuel Emenike dünya futbolunun əfsanəvi siması hesab edilən Dieqo Armando Maradonaya sərt sözlər səsləndirib.

DÇ-2018-in qrup mərhələsinin son matçında Argentina Nigeriyaya qalib gəlməklə 1/8 finala yüksəlmişdi. Markos Roxonun 86-cı dəqiqədə vurduğu qələbə qolundan sonra tribunada oyunu izləyən Maradonanın jesti gündəmdən düşmədi. Emenik 57 yaşlı mütəxəssisin bu hərəkətinə münasibət bildirib: "Maradona həyatımda gördüyüm ən böyük axmaqdır. Onun bu jesti nə deməkdir? FIFA bunu görməlidir! Qoca axmaq! Ümid edirəm Nigeriyada əlimə düşərssən. Səni tutsam..."

Qeyd edək ki, "Olimpiakos"da çıxış edən 31 yaşlı Emenike 2015-ci ildə milli karyerasını başa vurub.

Image result for maradona nigeria

Xəbər lenti