Xəzər Xəbər

"Atletiko"nun kapitanı Qətərə üz tutur

İdman | 15:31 • 28 İyun 2018
"Atletiko"nun kapitanı Qətərə üz tutur

"Atletiko"nun kapitanı karyerasını Qətərdə davam etdirəcək.

34 yaşlı yarımmüdafiəçi sabir "Barselona"lı Xavinin şərəfini qoruduğu "Əl Sədd" komandasına transfer olur. Təcrübəli futbolçu Asiya təmsilçisi ilə 3 illik müqavilə imzalayacaq. O, Qətərdə 3 ilinə 19 milyon avro qazanacaq.

Qeyd edək ki, Qabi "Atletiko"nun yetirməsidi. O, Madrid təmsilçisinin heyətində 2004-2007-ci illərdə çıxış edib. Daha sonra "Xetafe" və Saraqosa"da oynayan yarımmüdafiəçi 2011-ci ildə yenidən "Atletiko"ya dönüb və karyerasını burada davam etdirib. Qabi madridlilərin heyətində meydana çıxdığı 417 oyunda 10 qol vurub və 1 La Liqa çempionluğu, 1 İspaniya kuboku, 1 İspaniya Super Kuboku, 2 Avropa Liqası çempionluğu və 1 Avropa Super Kubokunu qazanıb.

Xəbər lenti