Xəzər Xəbər

İranın baş məşqçisi Ronaldo və Kuarejmanı təhqir etdi: "Bizdə eşşəyə eşşək deyilir"

İdman | 15:27 • 28 İyun 2018
İranın baş məşqçisi Ronaldo və Kuarejmanı təhqir etdi:

İran millisinin baş məşqçisi Karlos Queiroz Dünya Çempionatında qarşılaşdıqları Portuqaliya millisinin oyunçularına qarşı kəskin ifadələr işlədib.

Baş məşqçi Kriştiano Ronaldonun kobud qayda pozuntusuna görə qırmızı kartla cəzalanmalı olduğunu bildirib və oyunda ilk qolun müəllifi olan Rikardo Kuarejma ilə söz davasına girib.

İran millisinin rəhbəri Rikardonu dürüst olmağa səsləyib. Portuqaliyalı futbolçu baş məşqçinin çağırışlarına instaqram hesabından cavab verib.

"Həyatım boyunca öncədən ittiham edilməkdən əziyyət çəkdim. Amma bu məni daha da gücləndirdi. İttihamlara cavabım hədəflədiyim yerə çatmaq üçün dayanmadan çalışmaq olub. Haradan gəldiyimi və hara getmək istədiyimi bilirəm. Getmək istədiyim yerə tək deyil, komandamla getmək istəyirəm. Qarşımızda Uruqvayla matç var və bütün diqqətimizi oraya vermişik” – Kuarejma bildirib.

Karlos Queiroz isə bu açıqlamaya cavab olaraq etdiyi çıxışda kobud ifadələr işlədib:

"Mənim mədəniyyətimdə eşşəyə eşşək deyilir. Kuarejmanın cəsarət çatışmazlığı var. İran üçün nələr etdiyimi heç görmür. Tanrı böyükdür. O qədər böyükdür ki, eşşəklər belə cənnətə gedir. Ona mənim kim olduğumu sual verin. Sonra gedib trivelasını etsin”.

Qeyd edək ki, bir müddət Portuqaliya millisini çalışdıran Karlos o zaman Rikardo Kuarejmaya forma şansı verməyib. O gündən sonra ikili arasında münasibətlər gərginləşib./publika.az

Xəbər lenti