Xəzər Xəbər

23 yaşlı futbolçu millidən getdi

İdman | 14:48 • 28 İyun 2018
23 yaşlı futbolçu millidən getdi

İran milli komandasının hücumçusu Sərdar Azmun yığma karyerasını başa vurub.

23 yaşlı futbolçu sosial şəbəkə hesabında bu barədə məlumat verib:

"İran millisində oynamaq mənim üçün şərəf idi. Həyatımın sonuna kimi bununla fəxr edəcəm. Xəstə olan anamın vəziyyətinin pisləşməsi məni belə bir seçimə məcbur etdi. Mən anamı seçdim. 23 yaşlı biri üçün bu çətin qərardır".

Rusiyanın "Rubin" klubuna çıxış edən hücumçu 2014-cü ildən əsas milliyə dəvət alırdı.

Xəbər lenti