Xəzər Xəbər

Dünya Çempionatında ilkin mərhələ başa çatır 1/8 finalın son cütlükləri bəlli olur

İdman | 12:41 • 28 İyun 2018
Dünya Çempionatında ilkin mərhələ başa çatır

Bu gün Dünya Çempionatında qrup mərhələsinə yekun vurulacaq.

Son turda 4 oyun keçiriləcək. Bununla da 1/8 final mərhələsinin son 2 cütünə aydınlıq gətiriliəcək.

H qrupunda mübarizə aparan Yaponiya və Polşa üz-üzə gələcək. Adam Navalkanın rəhbərlik etdiyi Polşa millisinin pley-off şansı olmasa da, onların rəqibi qrup liderliyini qorumağa və 1/8 finala adlamağa çalışacaq. Mərhələni keçmək üçün Asiya təmsilçisinə bir xal da kifayət edir.

Qrupun digər görüşündə isə Seneqal və Kolumbiya milliləri qarşılaşacaq. Afrikalılar 4 xalla qrupda 2-ci, cənubi amerikalılar isə 3 xalla 3-cüdür. Seneqala bu oyunda qrupdan çıxmaq üçün heç-heçə də sərf edirsə, Kolumbiya mütləq qalib gəlməlidir.

G qrupunda isə artıq 1/8 finala vəsiqəni təmin etmiş İngiltərə və Belçika milliləri qrup liderliyi uğrunda mübarizə aparaq.

Digər oyunda isə Tunis və Panama yığmaları turnirdə ilk xalını qazanmağa çalışacaq.

DÇ-2018

28 iyun

III tur

H qrupu

18:00. Yaponiya - Polşa (TRT1, Matç TV)

Baş hakim: Canni Sikazu (Zambiya)

Volqoqrad, "Volqoqrad Arena"

18:00. Seneqal - Kolumbiya (İdman Azərbaycan, İctimai TV, TRT Spor, Matç TV)

Baş hakim: Milorad Maziç (Serbiya)

Samara, "Samara Arena"

H qrupu
KomandalarOQBM+/-X

1
Yaponiya21104314
2
Seneqal21104314
3
Kolumbiya21014223
4
Polşa200215-40

22:00. İngiltərə - Belçika (İdman Azərbaycan, İctimai TV, TRT1, Matç TV )

Baş hakim: Damir Skomina (Sloveniya)

Kalininqrad, "Kalininqrad" stadionu

22:00. Panama - Tunis (TRT Spor, Matç TV)

Baş hakim: Navaf Şukralla

Saransk, "Mordoviya Arena"

G qrupu
KomandalarOQBM+/-X

1
Belçika22008266
2
İngiltərə22008266
3
Tunis200237-40
4
Panama200219-80

Xəbər lenti