Xəzər Xəbər

Ronaldonun penaltisini dəf edən iranlı qapıçının DƏHŞƏTLİ HƏYAT HEKAYƏSİ - FOTO

İdman | 18:04 • 27 İyun 2018
Ronaldonun penaltisini dəf edən iranlı qapıçının

Dünya Çempionatının qrup mərhələsində oynanan Portuqaliya – İran matçında rəqib komandanın ulduzu və dünyanın ən yaxşılarından olan Kriştiano Ronaldonun penalti zərbəsini dəf edən İran milli komandasının qapıçısı Əlirza Beiranvandın həyat hekayəsi eşidənləri göz yaşlarına qərq edib.

İranın Lorənstan şəhərində köçəri bir ailədə dünyaya göz açan Əlirza bir yandan ailəsinə yardım etmək üçün çobanlıq edərkən, digər tərəfdən dostları ilə futbol oynamağa başlayıb. Atası Mürtəzanın təkidli etirazlarına rəğmən, Əlirza 12 yaşında professional futbol karyersına başlayıb.

Dünya Çempionatından öncə "The Guardian” nəşrinə müsahibə verən futbolçu atasının futbolda geyindiyi paltarları, hətta əlcəklərini cırdığını və yalın əllə oynamağa davam etdiyini bildirib.

Futbol karyerasına başlamaq üçün tək çarəni ailəsindən uzaqlaşmaqda görən Əlirza evdən qaçaraq paytaxt Tehrana gəlib. O, paytaxt klublarından biri ilə cüzi pul qarşılığında oynamağa razı olub. Pulu və yatmağa yeri olmayan qapıçı bir müddət qaçqın düşərgəsində yaşayıb. Baş məşqçi Hüseyn Feyzin yardımı ilə bir müddət də komanda yoldaşının evində qalıb. Daha sonra komanda yoldaşının atasının fabrikində və avtoyumada işə başlayıb.

Bir müddət sonra qalmağa yeri olmayan qapıçı məscidlərdən birinə sığınıb. Məscidin səlahiyyətli şəxsləri onu məsciddə yatmağa qoymayıb. Əlirza pizza restoranında işə başlayıb. Bir gün baş məşqçisi pizza restoranına gəlib və Əlirza müəlliminə xidmət etməkdən boyun qaçırıb. Restoranın sahibi onu məcbur etsə də, Əlirza buna razı olmayıb və işdən çıxıb. Tehranın park və küçələrini təmizləmə işinə girib. Başqa bir komanda ilə məşqə çıxan qapıçı zədələnib və komandadan qovulub. "Naft” komandasından aldığı təklifdən qısa müddət sonra özünü göstərə bilən qapıçı İranın U-23 millisinə dəvət alıb.

Ronaldonun penaltisini dəf etdikdən sonra stadiondakı hər kəsin əksinə çox sakit davranan qapıçının etdiyi seyvin yaşadıqları ilə müqayisədə bir heç olduğu beləcə ortaya çıxıb./publika.az

Xəbər lenti