Xəzər Xəbər

"Qalatasaray" Misir millisinin üzvünü alır

İdman | 15:37 • 27 İyun 2018
"Qalatasaray" Misir millisinin üzvünü alır

"Qalatasaray” Misir yığmasının üzvü Mahmud Trezege ilə razılığa gəlib.

Yarımmüdafiəçi yeni mövsümdən İstanbul təmsilçisinin uğurları üçün tər tökəcək.

Qardaş ölkədən olan həmkarlarımıza inansaq, 24 yaşlı futbolçuyaxın günlərdə 4 illik müqaviləyə imza atacaq. Trezege bu müddətdə 10 milyon avro qazanacaq. İstanbullular misirlinin məxsus olduğu "Kasımpaşa”ya 5 milyon avro ödəyəcək.

Trezege ötən mövsüm "Kasımpaşa”nın formasıyla 33 oyuna çıxıb. O, Superliqada 16 qol vurmaqla yanaşı, 8 məhsuldar ötürmə ilə də yadda qalıb.

Fanat.Az

Xəbər lenti