Xəzər Xəbər

“Huşumu itirmişdim” - Maradona

İdman | 14:39 • 27 İyun 2018
“Huşumu itirmişdim” -

Argentina millisinin əfsanəsi Dieqo Armando Maradona dünən Nigeriya ilə oyundan sonra xəstəxanaya aparılması ilə bağlı xəbərlərə aydınlıq gətirib.


"Qafqazinfo” xəbər verir ki, o, həkimlərin israrına baxmayaraq xəstəxanaya getmədiyini bildirib:


"Həkimlər israr etsə də, xəstəxanaya getmədim. Amma hamı elə bilir ki, məni ora apardılar. Nigeriya ilə oyunun fasiləsində boynumda ağrılar hiss etdim. Huşumu itirmişdim. Həkim baxdı və ilk yarıdan sonra evə getməyimi təklif etdi. Amma biz hamımız risk etməliyik. Necə gedə bilərdim? Məni dəstəkləyən hamını öpürəm”.

Xəbər lenti

Çox oxunanlar