Xəzər Xəbər

"Roma" PSJ-nin futbolçusunu transfer etdi

İdman | 14:00 • 27 İyun 2018
"Roma" PSJ-nin futbolçusunu transfer etdi

"Roma" heyətini yeni futbolçu ilə gücləndirib.

Paytaxt təmsilçisi PSJ-nin yarımmüdafiəçisi Xavyer Pastoreni transfer edib. "Canavarlar" 29 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. Pastore yeni klubunda 27 nömrəli formanı geyəcək.

"Roma" argentinalı yarımmüdafiəçinin transferinə görə Fransa klubuna 24,5 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Pastore 2011-ci ildən PSJ-də çıxış edirdi. O, parislilərin heyətində meydana çıxdığı 179 oyunda 29 qol vurmağı bacarıb.

Xəbər lenti