Xəzər Xəbər

Ramil Şeydayev "Trabzonspor"da məşqlərə başladı FOTO

İdman | 12:50 • 27 İyun 2018
Ramil Şeydayev "Trabzonspor"da məşqlərə başladı

Azərbaycan milli komandasının üzvü Ramil Şeydayev müqavilə ilə məxsus olduğu Türkiyənin "Trabzonspor” klubunun düşərgəsində məşqlərə başlayıb.

Trabzon təmsilçisi ötən gün "Mehmet Ali Yılmaz” adına məşq mərkəzində yeni mövsümün hazırlıqlarına start verib.Mövsümün ilk məşqində 20 futbolçu iştirak edib.Ötən mövsümü icarə əsasında "Qarabağ”ın heyətində keçirən Şeydayev hazırlıqlara qatılıb.

Gənc hücumçunun Avstriyanın "Mattersburq” klubuna keçəcəyi gözlənilsə də, transfer hələ də rəsmiləşməyib.

Image may contain: 1 person, outdoor

Image may contain: 1 person, smiling, sky, stadium, outdoor and nature

Image may contain: 4 people, people playing sports and outdoor

Xəbər lenti