Xəzər Xəbər

Çempionlar Liqasında yeni mövsüm start götürdü

İdman | 12:45 • 27 İyun 2018
Çempionlar Liqasında yeni mövsüm start götürdü

UEFA Çempionlar Liqasında 2018/19 mövsümünün ilk mərhələsinin qarşılaşmaları keçirilir

Kosovo çempionu "Drita” səfərdə Andorranın "Santa Koloma” klubu ilə qarşılaşıb və əlavə vaxtda vurduğu qollarla 2:0 hesabı ilə qələbə qazanıb.

Digər yarımfinal cütündə isə Cəbəllütariq təmsilçisi "Linkoln” səfərdə San Marino çempionu "La Fiorita”dan üstün olub - 2:0.

ÇL-in 1-ci təsnifat mərhələsinə vəsiqə uğrunda keçiriləcək final oyununda "Linkoln” doğma meydanda "Drita” ilə üz-üzə gələcək.

"Santa Koloma” və "La Fiorita” isə mübarizəni Avropa Liqasının 2-ci təsnifat mərhələsində davam etdirəcəklər.

UEFA Çempionlar Liqası, ilkin mərhələ

"Santa Coloma” (Andorra) - "Drita” (Kosovo) - 0:2 (Əlavə vaxtda)

Qollar: Şabani, 99, Gerbeşi, 105+3

"La Fiorita” (San Marino) - "Linkoln Red Imps” (Cəbəllütariq) -- 0:2

Qollar: Hernandez, 2, Moreno, 51

Xəbər lenti