Xəzər Xəbər

Meksika azarkeşləri Yekaterinburq əvəzinə ucqar şəhərə gediblər FOTO

İdman | 12:33 • 27 İyun 2018
Meksika azarkeşləri Yekaterinburq əvəzinə ucqar şəhərə gediblər

Dünya Çempionatında yığma komandalarını dəstəkləmək üçün Rusiyanın Yekaterinburq şəhərinə getmək istəyən meksikalı fanatlar ölkənin ən ucqar şəhərlərindən birinə səhvən yollanıblar. Yekaterinburq şəhəri əvəzinə Sıktıvkara uçan azarkeşlər hava limanına düşərkən bunu başa düşüblər.

Aeroport rəsmiləri və sakinlər meksikalı azarkeşləri görərək onları təəccüblə qarşılayıblar. Azarkeşlər sakinlərlə danışıqdan sonra səhvən başqa şəhərə gəldiklərini başa düşən meksikalı fanatlar şəhərdə xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, Sıktıvkar - Rusiya Federasiyasının tərkibində yerləşən Komi Respublikasının paytaxtı, Sısola və Vıçeqda çaylarının qovuşduğu yerdə yerləşən ən böyük şəhərdir.

FaktXəbər

Xəbər lenti