Xəzər Xəbər

DÇ-2018: Almaniya və Braziliya sürprizə imkan verəcəkmi?

İdman | 11:24 • 27 İyun 2018
DÇ-2018:

Rusiyada keçirilən dünya çempionatı davam edir.

XəzərXəbər xəbər verir ki, bu gün daha 2 qrupda mübarizəyə yekun vurulacaq.

Əvvəlcə F qrupunda 1/8 finalçılar müəyyənləşəcək. İlk iki turu itkisiz başa vuran Meksikanı İsveçlə qarşılaşmada bərabərlik də qane edir.

İsveçlə matçda son dəqiqə qolu sayəsində qələbə qazanan Almaniya qrupun autsayderi Cənubi Koreyanı sınağa çəkəcək. Bundestimin taleyi öz əlindədi.

E qrupunda İsveçrənin işi daha rahatdı. Autsayder Kosta-Rika ilə qarşılaşmada komandaya heç-heçə də kifayət edir.

Serbiya - Braziliya oyunu isə bütün dünyanın diqqət mərkəzində olacaq. "Sambaçılar”ı heç-heçə qane edir. Ancaq serblər bu qarşılaşmada mütləq qalib gəlməlidilər.

DÇ-2018. 3-cü tur

27 iyun

F qrupu

18:00. Cənubi Koreya - Almaniya

Baş hakim: Mark Geyger (ABŞ)

Kazan. "Kazan Arena”

18:00. Meksika - İsveç

Baş hakim: Nestor Pitana (Argentina)

Yekaterinburq. "Yekaterinburq Arena”

1.

Meksika

2

2

0

0

3-1

6

2.

Almaniya

2

1

0

1

2-2

3

3.

İsveç

2

1

0

1

2-2

3

4.

Cənubi Koreya

2

0

0

2

1-3

0

E qrupu

22:00. Serbiya - Braziliya

Baş hakim: Alireza Faqani (İran)

Moskva. "Spartak” stadionu

22:00. İsveçrə - Kosta-Rika

Baş hakim: Klemen Turpin (Fransa)

Nijni Novqorod. Mərkəzi stadion

1.

Braziliya

2

1

1

0

3-1

4

2.

İsveçrə

2

1

1

0

3-2

4

3.

Serbiya

2

1

0

1

2-2

3

4.

Kosta-Rika

2

0

0

2

0-3

0

Bombardirlər: Harri Keyn (İngiltərə) - 5, Kriştiano Ronaldo (Portuqaliya), Romelu Lukaku (Belçika) - 4, Dieqo Kosta (İspaniya), Denis Çerışev (Rusiya) - 3.

Xəbər lenti