Xəzər Xəbər

Buffonun yeni klubu məlum oldu

İdman | 14:12 • 26 İyun 2018
Buffonun yeni klubu məlum oldu

İtaliyalı qapıçı Canluici Buffon Fransanın "PSJ” klubu ilə iki illik müqavilə bağlayıb.

Onun "PSJ”yə keçidi artıq iyunun 27-də elan edilə bilər.

Bundan əvvəl Qərb mətbuatında Buffonun Parisdə tibbi müayinədən keçdiyi barədə xəbər yayılmışdı.

Qeyd edək ki, canlı italiyalı futbol əfsanəsi Turinin "Yuventus” klubunda 2001-ci ildən bəri sərasər 17 il çıxış edib."Qoca sinyora”nın futbolkası ilə 450 matça çıxıb."Yuventus”un aşağı liqaya atıldığı illərdə komandasına sadiq qalan azsaylı oyunçulardan olub.

Xəbər lenti