Xəzər Xəbər

"Qarabağ" Fransa klubunun futbolçusunu transfer etdi

İdman | 16:48 • 25 İyun 2018
"Qarabağ" Fransa klubunun futbolçusunu transfer etdi

"Qarabağ" növbəti transferini rəsmən açıqlayıb.

Ağdam təmsilçisi Abdellah Zoubirin keçidini sosial şəbəkədə video şəklində paylaşıb. 26 yaşlı Mərakeş əsilli hücumameyilli yarımmdüfiəçinin müqavilə şərtləri açıqlanmayıb.

Qeyd edək ki, karyerası ərzində "Qrenobl", "İstra", "Hibernian" və "Petrolul" kimi komandalarda forma geyinən Zoubirin son klubu Fransa "Lans"ı olub.

Xəbər lenti

Çox oxunanlar