Xəzər Xəbər

Argentina millisində qəribə dəyişiklik: Xavyer Maskerano baş məşqçi olacaq

İdman | 15:20 • 25 İyun 2018
Argentina millisində qəribə dəyişiklik:

Dünya Çempionatında Nigeriya ilə qarşılaşacaq Argentina millisi matça baş məşqçisiz çıxacaq.

Buna səbəb millinin üzvlərinin hazırkı baş məşqçi Xorxe Sampaolidən narazı qalmasıdır.

Belə ki, argentinalı futboçular Xorvatiyaya 3:0 hesabı ilə uduzduqdan sonra baş məşqçidən narazı olduqlarını dilə gətirib və onun istefasını tələb ediblər. Narazılıqları nəzərə alan federasiya prezidenti Kaludio Tapiya futbolçular və Sampaoli ilə yığınacaq keçirib. Sampaolinin hüquqi olaraq millinin baş məşqçisi postunda qalması qərara alınsa da, onun oyunlarla bağlı qərar vermək səlahiyyətinə xitam verilib. Buna səbəb isə baş məşqçi ilə müqaviləyə bitərəfli şəkildə xitam verilməsi təqdirində, federasiyanın ona 20 milyon avro təzminat ödəməsi maddəsi olub.

Beləliklə, Argentina millisini Nigeriya ilə oyuna Xavyer Maskerano çıxaracaq. Xorxe Sampaoli isə onun köməkçisi funksiyasını yerinə yetirəcək və matç ərzində qeydlər aparacaq.

Qeyd edək ki, Nigeriya - Argentina oyunu sabah saat 22:00-da başlayacaq./publika.az

Xəbər lenti