Xəzər Xəbər

Xorvatiyalı futbolçu rəsmən "Neftçi"də

İdman | 10:21 • 24 İyun 2018
Xorvatiyalı futbolçu rəsmən "Neftçi"də
Transfer çalışmalarını davam etdirən "Neftçi” daha bir futbolçu ilə heyətini gücləndirib.


XəzərXəbər xəbər verir ki, Bakı klubu xorvatiyalı yarımmüdafiəçi Qoran Paratski ilə müqavilə imzalayıb.


31 yaşlı yarımmüdafiəçi növbəti mövsümün sonuna qədər "Neftçi”nin uğurları üçün çalışacaq. Paratski yeni komandasının heyətində 6 nömrəli forma ilə mübarizə aparacaq.

Qeyd edək ki, Qoran Paratskinin son klubu Avstraliyanın "Velinqton Feniks” klubu olub. O, ölkəsinin 19 yaşadək yığmasında forma geyinib.

Xəbər lenti