Xəzər Xəbər

Xama Biliat qərarını verdi

İdman | 16:22 • 22 İyun 2018
Xama Biliat qərarını verdi

Azərbaycan çempionu "Qarabağ”ın maraq dairəsində olan "Mamelodi Sandanuz” klubunun futbolçusu Xama Biliat gələcək karyerası ilə bağlı yekun qərarı verib.

"Qarabağ”, "Styaua” və "Yurqarden” və "Zamalek” klublarının maraq dairəsində olan 28 yaşlı hücumçu Cənubi Afiraka Respublikasında qalmağı üstün tutub.

O, "Kayzer Çifs” komandası ilə münasibətlərini rəsmiləşdirəcək. Xama yeni klubu ilə 3+1 illik sözləşmə imzalayacaq.

Qeyd edək ki, Zimbabve millisinin əsas hücumçularından sayılan Xama Billiatın 5 ildi formasını geyindiyi "Mamelodi Sandaunz”la müqavilə müddəti bu ayın sonunda başa çatacaq.

Xəbər lenti