Xəzər Xəbər

"Messinin tayı-bərabəri yoxdur"

İdman | 15:08 • 22 İyun 2018
"Messinin tayı-bərabəri yoxdur"

Xorvatiya yığmasının kapitanı, "Real”ın yarımmüdafiəçisi Luka Modriç Argentina yığmasının və "Barselona” klubunun forvardı Lionel Messi barədə fikrini bölüşüb.


AZƏRTAC xəbər verir ki, yarımmüdafiəçinin sözlərinə görə, Lionel Messi tayı-bərabəri olmayan futbolçudur, amma o, təkbaşına qalib gələ bilməz. Futbolda oyunçuya dəstək lazımdır.


Xatırladaq ki, Xorvatiya yığması 2018-ci ilin dünya çempionatının qrup mərhələsində 3:0 hesabı ilə Argentina yığmasını məğlubiyyətə uğradıb.

Xəbər lenti