Xəzər Xəbər

"İnter" "Roma"nın futbolçusunu transfer etdi

İdman | 14:53 • 22 İyun 2018
"İnter" "Roma"nın futbolçusunu transfer etdi

"İnter" heyətini gücləndirib.

Milan təmsilçisi "Roma"dan Raca Nainqqolanı heyətinə qatıb. Belçikalı yarımmüdafiəçinin keçidi "İnter"ə 24 milyon avroya başa gəlib. Üstəlik, paytaxt klubuna Nikola Zalino və Davide Santon da verilib. "Canavarlar" bu transferdən gələn gəlirlə PSJ-dən Xavyer Pastoreni heyətinə qatacaq.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2014-cü ildən "Roma"da çıxış edirdi.

Xəbər lenti