Xəzər Xəbər

Daliç qələbənin şifrəsini verdi: "Argentina zəif deyildi, biz mükəmməl oynadıq"

İdman | 14:11 • 22 İyun 2018
Daliç qələbənin şifrəsini verdi:

DÇ-2018-in qrup mərhələsinin ikinci turunda Argentinaya 3:0 hesabı ilə qalib gələn Xorvatiya 1/8 finala yüksəlib.

XəzərXəbər xəbər verir ki, oyundan sonra Xorvatiyanın baş məşqçisi Zlatko Daliç qələbəni şərh edib:

"Komandama hər zaman güvənirəm. İkinci oyundan sonra 1/8 finala adlayacağımızı düşünmürdüm. Amma mərhələ adlayacağımıza inanırdım. Argentina zəif deyildi, biz mükəmməl oynadıq. Dünyanın ən yaxşı oyunçularına sahib olan komandanı məğlub etməyi bacardıq. Gözəl oyun nümayiş etdirdik. Ancaq sakit və sadə olmalıyıq. Zəfər qazanmaq üçün sakit olmalı və çalışmaq lazımdır".

Xəbər lenti