Xəzər Xəbər

"Fənərbaxça"nın yeni baş məşqçisi rəsmən bəlli oldu

İdman | 14:06 • 22 İyun 2018
"Fənərbaxça"nın yeni baş məşqçisi rəsmən bəlli oldu

"Fənərbaxça”nın yeni baş məşqçisinin kim olacağına rəsmən aydınlıq gəlib.

"Sarı-lacivərdlilər” Hollandiyanın PSV klubunun baş məşqçisi Filip Kokunu "sükanı arxasına” gətirir. Artıq bunu Hollandiya klubu rəsmən açıqlayıb. PSV rəsmi saytında yollarını ayırdığını açıqladığı Kokuya "Fənərbaxça”da uğurlar diləyib.

Qeyd edək ki, Koku bu postda bir neçə gün əvvəl "Fənərbaxça"dan ayrılan Aykut Kocamanı əvəz edib.

Xəbər lenti