Xəzər Xəbər

Argentina yığmasının oyunçuları baş məşqçidən imtina edirlər

İdman | 11:45 • 22 İyun 2018
Argentina yığmasının oyunçuları baş məşqçidən imtina edirlər

Argentina yığmasının futbolçuları xahiş ediblər ki, dünya çempionatının qrup mərhələsinin Nigeriya komandası ilə keçiriləcək üçüncü və sonuncu matçına başqa məşqçi təyin edilsin. Matç iyunun 26-da Sankt-Peterburqda keçiriləcək.


Xezerxeber.az xəbər verir ki, oyunçular turnirin qrup mərhələsinin Nigeriya yığması ilə sonuncu matçında komandaya baş məşqçi Xorxe Sampaolinin rəhbərlik etməsini istəmirlər. Onlar istəyirlər ki, növbəti oyunda məşqçi Sampaolinin köməkçisi olsun.


Xatırladaq ki, dünya çempionatının qrup mərhələsinin ikinci turunun matçında 0:3 hesabı ilə Xorvatiya komandasına uduzan Argentina yığması cəmi bir xalla öz qrupunda üçüncü yeri tutur.

Xəbər lenti