Xəzər Xəbər

Anası Messi haqqında hər şeyi etiraf etdi: "Buna görə ağlayır"

İdman | 16:02 • 21 İyun 2018
Anası Messi haqqında hər şeyi etiraf etdi:

Argentinalı ulduz Lionel Messinin anası Siliya Mariya Kuççitini oğlu haqqında verilən suallara aydınlıq gətirib.

O, oğlunun dünya kubokunu qazanmaq üçün çox əzab çəkdiyini, hətta ağladığını etiraf edib.

"Onun məqsədi dünya kubokunu qazanmaq, onu evə aparmaqdır. Bu, Messinin ən böyük arzularından biridir. Onun necə əzab çəkdiyini və ağladığını görürük. Dünya kubokunu Argentinaya gətirməyi ən birinci o istəyir. Hamıdan çox Messi kuboku əldə etmək üçün hər şeyini verməyə hazırdır".

Qeyd edək ki, Argentina 2018 Dünya Çempionatının ilk oyununda İslandiya ilə 1:1 hesablı heç-heçə razılaşıb. İkinci oyununa isə bu gün Xorvatiya ilə çıxacaq.

Xəbər lenti