Xəzər Xəbər

PSJ Buffonun transferini açıqlayacaq

İdman | 15:59 • 21 İyun 2018
PSJ Buffonun transferini açıqlayacaq

"Yuventus"dan ayrılan Canluici Buffon karyerasını PSJ-də davam etdirəcək.

40 yaşlı əlcək sahibi Parisdə ev axtarışındadır. Əfsanəvi qapıçı tibbi müayinədən keçdikdən sonra paytaxtklubu ilə 2 illik müqavilə bağlayacaq. Onun illik qazancı 8 milyon avro olacaq. Transfertezliklə rəsmi şəkildə elan ediləcək.

Qeyd edək ki, italiyalı qapıçı 2001-ci ildən Turin klubunda çıxış edirdi. "Yuventus"da 656 oyun keçirib və 20 kubok qazanıb.

Xəbər lenti