Xəzər Xəbər

"Neftçi"də qalmaqal: Legionerlər məşqə buraxılmadı

İdman | 14:58 • 21 İyun 2018
"Neftçi"də qalmaqal:

"Neftçi"nin heyətdən uzaqlaşdırmaq istədiyi Mayk Kampazla Lukas Qomez komandanın məşqlərinə qatılmaq üçün Bakıya gəliblər.

Hər iki futbolçu hazırlıq prosesinə qatılmaq istəsə də, klubun mühafizəçiləri onların qarşısını kəsib. Kolumbiyalı futbolçu Mayk Kampaz sosial şəbəkə hesabında bu barədə etiraz paylaşımı edib: "Qomezlə birgə məşqə qatılmağa getdik. Ancaq mühafizəçilər bizi bazaya buraxmadı. Buna klub rəhbərliyinin qadağa qoyduqlarını dedilər. Bizə öncədən xəbərdarlıq edilməmişdi. Peşəkar futbolçularıq və haqqımızı tələb edirik. Dekabrın 21-nə kimi olan müqavilə şərtlərinə əməl etməyi klubdan tələb edirik.

Qeyd edək ki, hər iki futbolçu ötən mövsümün qış fasiləsində "Neftçi"yə cəlb olunub./sportal

Xəbər lenti

Çox oxunanlar