Xəzər Xəbər

Türk futbolçu rəsmən “Yuventus”da

İdman | 14:49 • 21 İyun 2018
Türk futbolçu rəsmən “Yuventus”da

İtaliyanın "Yuventus” klubu heyətini türk əsilli futbolçu ilə gücləndirib.

Söhbət Əmrə Candan gedir.

Bu barədə Turin təmsilçisinin rəsmi "twitter” səhifəsində məlumat verilib. O, tibbi müayinədən keçdikdən sonra "Yuventus”la müqavilə imzalayacaq.

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi 2014-cü ildən "Liverpul”da çıxış edib. Almaniya millisinin də şərəfini qoruyan oyunçu Rusiyada keçirilən dünya çempionatında zədə səbəbindən iştirak edə bilməyib.

Xəbər lenti