Xəzər Xəbər

“Real Madrid” Zidanın oğlu ilə də yollarını ayırır

İdman | 14:46 • 21 İyun 2018
“Real Madrid” Zidanın oğlu ilə də yollarını ayırır

İspaniyanın "Real Madrid" klubunun qapıçısı Luka Zidan böyük ehtimalla yay transfer dövründə komandanı tərk edəcək.

"Report" "Marca"ya istinadən xəbər verir ki, 20 yaşlı qolkiper komandanın yeni baş məşqçisi Xulen Lopeteginin planlarına daxil deyil. Komandanın 3-cü qapıçısı ukraynalı Andrey Lunin olacaq.

Qeyd edək ki, Luka Zidan "Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidanın oğludur. O, başa çatan mövsümdə 1 oyunda meydanda olub və qapısında 2 qol görüb. Z.Zidan postunu mayın 31-də tərk edib.

Xəbər lenti