Xəzər Xəbər

Çevik polislərimiz yüksək nəticələr qazanıblar - FOTO

İdman | 10:03 • 21 İyun 2018
Çevik polislərimiz yüksək nəticələr qazanıblar -

Şotlandiyanın Qlazqo şəhərində usta cüdoçular arasında Avropa çempionatı keçirilib. Yarışda 35 ölkədən minə yaxın idmançı qələbə uğrunda mübarizə aparıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qitə çempionatında 37 idmançı ilə təmsil olunan Azərbaycan milli komandası 5 qızıl və 9 bürünc medal qazanıb. Milli komandamız iki yaş kateqoriyası üzrə keçirilən komanda yarışlarında bürünc medala layiq görülüb.


Mötəbər yarışda DİN İdman Cəmiyyətinin yetirməsi, Əlahiddə Çevik Polis Alayının taqım komandiri, polis kapitanı, idman ustası Hikmət Cəbiyev (90 kq) bürünc medala sahib olub. Cüdo və cui-citsu ilə məşğul olan H.Cəbiyev iki dəfə respublika çempionu adını qazanıb. O, dəfələrlə beynəlxalq yarışlarda, ölkə çempionatlarında, polislər arasında keçirilən turnirlərdə fərqlənib, yüksək mükafatlar qazanıb.


Alayın daha bir əməkdaşı, polis baş serjantı Azər Fətullayev də yarışın favoritləri arasında olub. O, çəkisi 81 kiloqramadək idmançılar arasında yarışda bütün rəqiblərini məqlub edərək qızıl medal qazanıb və Avropa çempionu adına sahib olub.


Cüdo üzrə dəfələrlə respublika çempionu olan A.Fətullayev beynəlxalq yarışların qalibidir.

Xəbər lenti