Xəzər Xəbər

Portuqaliya – Mərakeş: Ronaldo yenə fərqlənə biləcəkmi?

İdman | 16:29 • 20 İyun 2018
Portuqaliya – Mərakeş: Ronaldo yenə fərqlənə biləcəkmi?

İyunun 20-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının VII gününün ilk görüşündə "B” qrupunda yer alan Portuqaliya və Mərakeş milliləri qarşılaşırlar.


AZƏRTAC xəbər verir ki, Moskvadakı "Lujniki” stadionunda keçirilən oyunda portuqaliyalıların start heyətində meydana Rui Patrisio, Rafael Gerreiro, Joze Fonte, Pepe, Sedriç, Joao Mutinyo, Joao Mario, Villiam, Bernardo Silva, Qonsalo Quedeş, Kriştiano Ronaldo çıxıblar.


Mərakeş millisində start heyətində isə Munir El Kacui, Əşrəf Hakimi, Manuel Da Kosta, Mehdi Benatia, Nabil Dirar, Hakim Ziyak, Kərim El Ahmadi, Yunes Belhanda, Mbark Bussufa, Burəddin Amrabat və Xalid Butaib yer alıblar.


Portuqaliya ilk turda İspaniya yığması ilə heç-heçə (3:3) edib. Mərakeş isə son dəqiqələrdə buraxdığı avtoqolla İran yığmasına minimal hesabla məğlub olub. İspaniya ilə oyunda het-trik edən Kriştiano Ronaldo çempionatda bombardir olmaq üçün bu görüşdə mümkün qədər çox qol vurmağa çalışacaq.


Dünya çempionatlarında ilk qələbəsini 1986-cı ildə Portuqaliya üzərində qazanan (1:0) Mərakeş yığması növbəti mərhələyə yüksəlmək üçün bu uğuru təkrarlamalıdır. Lakin bu dəfə Şimali Afrika təmsilçisinin şansları çox azdır. Mərakeş yığması indiyədək qatıldığı dörd dünya çempionatında keçirdiyi 14 görüşün yalnız ikisində qalib gəlib.


Bu qrupun digər oyununda hazırda "B” qrupuna liderlik edən İran yığması ilə İspaniya millisi "Kazan Arena”da qarşılaşacaqlar. Həmin matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu matç İctimai Televiziya və İdman Azərbaycan kanallarında tamaşaçılara təqdim olunacaq.


Saat 19:00-da isə Uruqvay - Səudiyyə Ərəbistanı qarşılaşması keçiriləcək. Həmin görüş İdman Azərbaycan kanalında yayımlanacaq.


Xəbər lenti