Xəzər Xəbər

Misir yığmasının baş məşqçisi istefaya göndərilə bilər

İdman | 09:24 • 20 İyun 2018
Misir yığmasının baş məşqçisi istefaya göndərilə bilər

Misirin Futbol Federasiyası Rusiyada keçirilən dünya çempionatında uğursuz çıxış edən milli komandanın baş məşqçisi, argentinalı mütəxəssis Ektor Kuperi istefaya göndərmək niyyətindədir.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Misirin "Al Watan News” qəzeti məlumat yayıb. E.Kuperin Misir yığmasından gedəcəyi barədə məlumatı "Al Youm 7” qəzetinə də təsdiq edən federasiya rəsmisi bildirib ki, söhbət heç də baş məşqçinin istefasından getmir, sadəcə olaraq onun başa çatacaq müqaviləsi uzadılmayacaq.


Bildirilir ki, baş məşqçi ilə yanaşı, məşqçilər korpusu ilə də yollar ayrılacaq.


Qeyd edək ki, Misir millisi mundialın birinci turunda Uruqvay komandasına 0:1, dünən isə meydan sahibi Rusiyaya 1:3 hesabları ilə uduzub.

Xəbər lenti