Xəzər Xəbər

“Rusiya 2018”: Kosta-Rika-Serbiya oyununa start verilib

İdman | 16:29 • 17 İyun 2018
“Rusiya 2018”: Kosta-Rika-Serbiya oyununa start verilib

İyunun 17-də "Rusiya 2018”in dördüncü gününə "E” qrupunda yer alan Kosta-Rika və Serbiya milliləri arasındakı qarşılaşma ilə start verilib.


AZƏRTAC xəbər verir, "Samara Arena”da oynanılan görüşü seneqallı referi Diedhio Malanq idarə edir.


Kosta-rikalıların start heyətində meydana Kerlor Navas, Cankarlo Qonsales, Oskar Duarte, Djonni Akosta, Fransisko Kalvo, Kristian Qamboa, David Qusman, Selso Borxes, Xoan Veneqas, Brayan Ruis, Markos Urenya çıxıblar. Komandanın baş məşqçisi Oskar Ramiresdi.


Serbiya yığmasının ilk 11-liyində isə Vladimer Stoykoviç, Nikola Milenkoviç, Duşko Toşiç, Aleksandr Kolarov, Branislav İvanoviç, Nemanya Matiç, Luka Milivoeviç, Adem Lyaiç, Serqey Milikoviç-Saviç, Duşan Tadiç, Aleksandr Mitriviç yer alıblar. Serbiya millisinin məşqçisi Mladen Krıstaiçdi.


Qeyd edək ki, bu komandalar dünya çempionatlarında ilk dəfə qarşılaşırlar. Kosta-rikalılar dünya çempionatlarında indiyədək dörd dəfə iştirak ediblər. Onların ən yaxşı göstəricisi 2014-ci ildə Braziliyada keçirilən mundialda dörddəbir final mərhələsinə vəsiqə qazanmaları olub. Latın Amerikası təmsilçisi həmin çempionatda İtaliya, İngiltərə, Uruqvay komandaları ilə bir qrupda yer almışdı. Kosta-Rikanın mundiallarda debütü 1990-cı ilə təsadüf edir. Milli komandanın tarixində ən çox qol vuran oyunçu Rolando Fonseka Ximenesdir (44 qol).


x x x


Gün ərzində bu oyundan sonra daha iki qarşılaşma keçiriləcək. Saat 19:00-da Moskvadakı "Lujniki” stadionunda başlayacaq ikinci oyunda "F” qrupunda yer alan dördqat dünya çempionu Almaniya yığması Meksika yığması ilə qarşılaşacaq. Bu qarşılaşmanı İdman Azərbaycan kanalı ilə yanaşı, İctimai Televiziya da yayımlayacaq.


Bakı vaxtı ilə saat 22:00-da başlayacaq sonuncu qarşılaşmada "E” qrupunda yer alan digər komandalar - Braziliya və İsveçrə yığmaları üz-üzə gələcəklər. "Rostov Arena”da baş tutan görüşü azərbaycanlı futbolsevərlər İdman Azərbaycan və İctimai Televiziyada canlı izləyə biləcəklər.

Xəbər lenti