Xəzər Xəbər

Məhəmməd Salah Rusiya ilə oyuna çıxacaq

İdman | 09:54 • 17 İyun 2018
Məhəmməd Salah Rusiya ilə oyuna çıxacaq

Misirin yığma komandasının hücumçusu Məhəmməd Salah futbol üzrə dünya çempionatı çərçivəsində iyunun 19-da Sankt-Peterburqda Rusiyaya qarşı keçiriləcək oyunda iştirak edəcək.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Salah tibbi və texniki komitəyə bərpasının tam başa çatdığını və Rusiya yığmasına qarşı matçda iştirak etməyə hazır olduğunu bildirib.


Salahın sözlərinə görə, komandanın rəhbərliyi onun matçda əsas heyətdə yer almasını istəyir.

Xəbər lenti