Xəzər Xəbər

DÇ-2018: “Ölüm qrupu”nda mübarizə başlayır

İdman | 12:04 • 16 İyun 2018
DÇ-2018:

Bu gün DÇ-2018-də daha 2 qrupda mübarizə başlayır.

Gün ərzində 4 oyun olacaq. İlk olaraq Fransa ilə Avstraliya meydana çıxacaqlar. Heyət baxımından turnirin ən güclülülərindən biri hesab olunan fransızlar favorit adını doğrultmaq üçün Avstraliya qarşısında çətinlik çəkməməlidir.

Qrupun digər qarşılaşmasında Peru və Danimarka milliləri üz-üzə gələcək. Ən azı Cənubi Amerika - Avropa prizmasından yanaşsaq, azarkeşlər darıxmayacaq.

Argentina və İslandiya qarşılaşması maraqla gözlənilir. AÇ-2016-dakı çıxışı ilə hər kəsi yaxşı mənada təəccübləndirən adalılar daimi favorit cənubi amerikalılara müqavimət göstərə biləcəkmi? Messi və komandası kağız üzərində cütün favoritidir.

Günə Xorvatiya – Nigeriya görüşü ilə yekun vurulacaq. "Ölüm qrupu” adlandırılan D qrupundan çıxmağı hədəfləyən hər iki komanda xüsusilə də Avropanın müxtəlif üst səviyyəli klublarında çıxış edən oyunçularına arxalanır. Bu görüşün qalibi böyük ehtimalla qrupda ikinci yerin əsas namizədi olacaq.

DÇ-2018. 1-ci tur

C qrupu

14:00. Fransa – Avstraliya

Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay), Xulio Baskunyan, Kristian Şimann (hər ikisi Çili)

Kazan, "Kazan Arena"

20:00. Peru - Danimarka

Hakimlər: Bakari Qassama (Qambiya), Jan-Klod Birumuşahu (Burundi), Abdelhak Etçiali, Mehdi Abid Şaref (hər ikisi Əlcəzair), Anuar Hmila (Tunis)

"Saransk, "Mordoviya Arena"

D qrupu

17:00. Argentina - İslandiya

Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Tomaş Listkeviç (hamısı Polşa), Vilmar Roldan, Aleksander Quzman (hər ikisi Kolumbiya)

Moskva, "Spartak" stadionu

23:00. Xorvatiya - Nigeriya

Hakimlər: Sandro Riççi, Emerson de Karvalyo, Marselo van Qasse (hamısı Braziliya), Antonio Maryö Lahoz, Pau Sebrian Devis (hər ikisi İspaniya)

Kalininqrad, "Kalininqrad" stadionu

Xəbər lenti