Xəzər Xəbər

Fransalı futbolçu "Mançester Yunayted"dən ayrılır

İdman | 12:31 • 14 İyun 2018
Fransalı futbolçu "Mançester Yunayted"dən ayrılır

"Mançester Yunayted"in hücumçusu Antoni Marsial klubdan ayrılmağa qərar verib.

Bu barədə fransalı ulduzun agenti Filip Lamboley məlumat verib: "Marsial bütün variantları düşündü və "Mançester Yunayted"dən ayrılmaq istəyir. Buna bir çox səbəb var, amma indi danışmaq tezdir. Transferdən sonra səbəblərini də açıqlayacağıq".

22 yaşlı futbolçu 2015-ci ildə 60 milyon avro qarşılığında "Monako"dan "qırmızı şeytanlar"a transfer olmuşdu.

Xəbər lenti