Xəzər Xəbər

Çindən İtaliya nəhənglərinə Dembele əngəli

İdman | 12:15 • 14 İyun 2018
Çindən İtaliya nəhənglərinə Dembele əngəli

"Tottenhem"in ulduz futbolçusu Musa Dembele ilə maraqlanan "Yuventus", "İnter" və "Napoli" pis xəbər alıblar.

London klubunun yarımmüdafiəçisi adı açıqlanmayan Çin klubu ilə razılaşıb. İngiltərə mətbuatında yer alan məlumata görə, bu transferdən "Tottenhem" 60 milyon avro qazanacaq. Dünya çempionatından sonra transferin rəsmiləşəcəyi gözlənilir.

30 yaşlı belçikalı futbolçu 2012-ci ildə "Fulhem"dən 19 milyon avroya "Tottenhem"ə transfer olmuşdu.

Xəbər lenti