Xəzər Xəbər

SON DƏQİQƏ: DÇ-2026-nın ev sahibləri dəqiqləşdi

İdman | 15:14 • 13 İyun 2018
SON DƏQİQƏ:

2026-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək ölkələr məlum olub.

8 il sonra baş tutacaq turnirə ABŞ, Meksika və Kanada ev sahibliyi edəcəklər. Hər üç Şimali Amerika ölkəsi turniri birlikdə təşkil edəcək.

Həmin il təşkil olunacaq dünya çempionatında ilk dəfə 48 komanda iştirak edəcək. 48 oyun qrup mərhələsində, 32 qarşılaşma isə finallarda olmaqla cəmi 80 matçın oynanılacaq.

Qeyd edək ki, sonuncu dəfə Şimali Amerikada dünya çempionatı 1994-cü ildə ABŞ-da təşkil olunub. Kanada heç vaxt mötəbər turnirə ev sahibliyi etməyibsə, Meksika daha əvvəl 1970 və 1986-cı illərdə iki dəfə mundialı təşkil edib.

Xəbər lenti