Xəzər Xəbər

Lopeteqini Enrike əvəz edəcək?

İdman | 13:25 • 13 İyun 2018
Lopeteqini Enrike əvəz edəcək?

İspaniya millisinin baş məşqçisi Xulen Lopeteqi dünya çempionatı başa çatdıqdan sonra "Real"ı çalışdıracaq.

Millinin boş qalacaq baş məşqçi postuna ən real namizəd müəyyənləşib. "Sport" nəşrinin iddiasına görə Lopeteqini yığmanın sabiq futbolçusu, son olaraq "Barselona"nı çalışdıran Luis Enrike əvəzləyəcək.

Qeyd edək ki, Enrike ötən mövsüm heç bir yerdə işləməyib. 48 yaşlı mütəxəssis "Roma" və "Selta" klublarını da çalışdırıb. Enrike 1991-2002-ci illərdə İspaniya millisində oynayıb.

Xəbər lenti