Xəzər Xəbər

FİFA-dan milli komandalarla bağı RADİKAL DƏYİŞİKLİK Bundan sonra...

İdman | 13:19 • 11 İyun 2018
FİFA-dan milli komandalarla bağı RADİKAL DƏYİŞİKLİK

Beynəlxalq Futbol Federsiyaları Asossiasiyası (FİFA) milli komandalar üçün yeni reytinqin tərtib olunma sistemini açıqlayıb.

Yeni system bu ilin iyul ayından etibarən tətbiq olunacaq.

Yenilənmiş sistemdə keçirilən oyunların keyfiyyəti nəzərə alınacaq. Yəni, oyun pəncərəsindən kənar keçirilən yoldaşlıq görüşü üçün 5 xal, pəncərə vaxtı keçirilən yoldaşlıq görüşü üçün 10 xal, UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunları üçün 15 xal, UEFA Millətlər Liqasının "pley-off" və final matçları üçün 25 xal, qitə çempionatlarının və dünya çempionatlarının final mərhələlərinin seçmə oyunları üçün 25 xal, qitə çempionatlarının final mərhələsində 1/4 finaladək oyunlar üçün 35 xal, qitə çempionatlarının 1/4 final mərhələsindən sonrakı oyunlar və FİFA Konfederasiyalar Kubokunun bütün oyunları üçün 40 xal, Dünya Çempionatının 1/4 final mərhələsinədək oyunlar üçün 50 xal, Dünya Çempionatının 1/4 final mərhələsindən sonrakı oyunlar üçün 60 xal veriləcək. Əlavə olaraq matçlarda qalibə 1 xal, bərabərliyə 0,5 xal veriləcək.

Qitələrarası əmsallar isə ləğv olunacaq. Hazırkı sistemdə istifadə olunan versiyada Avropa və Cənubi Amerika komandaları ilə oyunlara Afrika, Şimali və Mərkəzi Amerika, Asiya, Okeaniya yığmaları ilə görüşlərdəkindən daha çox xal hesablanır.

Böyük yarışların ev sahibləri üçün ayrıca hesablama olacaq. Hazırda Dünya çempionatının seçmə mərhələsində iştirak etmədiyi üçün Rusiya yığması 70-ci pilləyə enib və bu göstəricidə mundialın ən aşağı reytinqli komandasına çevrilib.

Qeyd edək ki, Azərbaycan millisi iyun ayının reytinqində 21 pillə irəliləyərək, 321 xalla 105-ci pillədə qərarlaşıb.

Xəbər lenti