Xəzər Xəbər

"Roma" Di Françesko ilə davam edir

İdman | 12:54 • 11 İyun 2018
"Roma" Di Françesko ilə davam edir

"Roma" baş məşqçisi Eusebio di Françeskonun fəaliyyətindən razıdır.

Paytaxt klubu mütəxəssislə müqaviləni uzatmaq qərarına gəlib. 48 yaşlı mütəxəssislə 2021-ci ilə qədər saziş imzalanacaq. Anlaşmaya görə, italiyalı çalışdırıcının illik maaşı 2 milyon avro olacaq.

Qeyd edək ki, Di Françesko ötən mövsüm "Roma"nın "sükanı arxası"na keçmişdi. Onun rəhbərliyi altından "canavarlar" A Seriyasında mövsümü 3-cü pillədə başa vurmuş, Çempionlar Liqasında isə yarımfinala qədər irəliləmişdi.

Xəbər lenti